24 Oktyabr 2019
23 Oktyabr 2019
Gül bazarında canlanma var - VİDEO
Gül bazarında canlanma var- VİDEO CƏMİYYƏT 22:45 2019-09-15

Sabah ölkəmizdə Bilik günü qeyd ediləcək. Bu münasibətlə övladını birinci sinifə yola salacaq valideylər gül dükanlarına üz tutublar.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, yeni dərs ilinin başlanması ilə əlaqədar gül mağazalarında sıxlıq müşahidə edilir.

Valideynlər qələm və karandaşlardan hazırlanmış gül buketi və ya üzərində hərflər həkk olunmuş kitab və çantaya bənzəyən gül çələnglərinə daha çox üstünlük verirlər.

Məktəb haqqında heç bir təsəvürü olmayan uşaqlar da həvəslə ana-atalarının əlindən tutub gül seçirlər.

Satıcıların sözlərinə görə, sifarişlərin sayı xeyli artıb. Tələbatı öncədən nəzərə alan gülçülər dünəndən tədbir görməyə başlayıblar.

Ötən illərdən fərqli olaraq alıcalara mağazalarda bu il fərqli gül dəstələri də təklif olunur. Elə müştərilər də daha çox məktəb ləvazimatları ilə bəzədilən gül bağlamalarına üstünlük verirlər. Qiymətlər isə dizayn və ölçüyə görə dəyişir.

Satıcılar deyir ki, müştərilərə "Bilik günü" ilə əlaqədar endirimlər də olunur.