Bakıda döyülmə hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Binəqədi rayon sakini Ağalarov Ağazadə Seyid oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. A.Ağalarov xəstəxanaya çatdırılıb. Ona burun sümüyünün sınığı və digər müxtəlif dərəcəli zədə diaqnozları qoyulub.