24 Oktyabr 2019
23 Oktyabr 2019
"Sabah" baş məşqçisini istefaya göndərdi
"Sabah" baş məşqçisini istefaya göndərdi İDMAN 09:36 2019-09-16

Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" klubunda baş məşqçi dəyişikliyi olub. 

Unikal.org xəbər verir ki, əsas komandanının baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. 

Qərar klub rəhbərliyi ilə 49 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici kollektivə rəhbərlik edən Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. 

İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, bu, cari mövsümdə Premyer Liqada ikinci baş məşqçi istefası olub. Bunadək "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov postunu tərk edib. Onun yerinə müvəqqəti baş məşqçi təyin olunan Elmar Baxşiyev isə sonuncu turda məhz "Sabah"a qarşı rəsmi debüt matçında 2:1 hesablı qələbəyə sevinib.