14 Oktyabr 2019
Azərbaycan bu tanklarla təlimlərə başladı - FOTOLAR
Azərbaycan bu tanklarla təlimlərə başladı -FOTOLAR SİYASƏT 13:57 2019-09-16

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 20-dək davam edəcək təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.


  • Azərbaycan bu tanklarla təlimlərə başladı -FOTOLAR
  • Azərbaycan bu tanklarla təlimlərə başladı -FOTOLAR
  • Azərbaycan bu tanklarla təlimlərə başladı -FOTOLAR
  • Azərbaycan bu tanklarla təlimlərə başladı -FOTOLAR