22 Oktyabr 2019
21 Oktyabr 2019
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub DÜNYA 16:44 2019-09-16

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) 1,5 il əvvəl təyin olunmuş rəhbəri Artur Vanetsyan vəzifəsindən azad edilib. O əlavə edib ki, müvafiq sərəncam yaxın günlərdə imzalanacaq. Paşinyan deyib ki, bu qərar Vanetsyanla keçirilən müzakirələrdən sonra və MTX direktorunun razılığı əsasında qəbul olunub.

Unikal.org erməni KİV-nə istinadla xəbər verir ki, MTX-nin rəhbərinin sözlərinə görə, onun istefa qərarı “hazırkı və gələcək situasiyalarla bağlıdır”. Həmin situasiyalara aydınlıq gətirməyən Vanetsyan belə bir şəraitdə öz qərarını dövlətə xidmət kimi qiymətləndirib. O əlavə edib: “Mənim istefam insanı yuxudan ayıldan bir addımdır və mənə “dayan” deyir”.

Müəmmalı istefanı şərh edən Paşinyan isə bildirib ki, MTX direktorunun fəaliyyətini qiymətləndirə bilməz, çünki bu vəzifə ictimai müzakirələrdən kənarda qalmalıdır. O qeyd edib ki, Vanetsyan bundan sonra futbol yığması ilə məşğul olacaq.

Ekspertlər isə iddia edirlər ki, Ermənistanda “inqilab” komandası sürətlə parçalanır və bu, parlamentdəki “Mənim addımım” fraksiyasına da aiddir.