14 Oktyabr 2019
13 Oktyabr 2019
Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşdü
Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşdü CƏMİYYƏT 18:50 2019-09-16

Azərbaycan Kooperasiya Universitetində I kursa yeni qəbul olmuş tələbələr üçün hər iki növbədə tədbir təşkil olunub.

Unikal.org xəbər verir ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru, millət vəkili professor Eldar Quliyev I kursa yeni qəbul olmuş tələbələri təbrik edərək onlara qədəm qoyduqları yeni həyatlarında uğurlar arzulayıb.

Professor E.Quliyev I kurs tələbələrinin timsalında onların valideynlərini də övladlarının ali məktəbə qəbul olması və yeni dərs ili münasibəti ilə təbrik edib. Rektor ölkəmizdə hazırda həyata keçirilən dövlətin təhsil, elm və gənclər siyasətinə toxunaraq bildirib ki, "Ümummilli liderimiz Heydər Əliyev hər zaman gənc nəslin sağlam böyüməsinə, təhsilinə, onların elmli yetişməsinə, həyatda layiqli yer tutmasına qayğı ilə yanaşıb, gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olub. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Böyük öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasəti dəstəkləyən universitetimizin professor-müəllim heyəti də öz uğurlu fəaliyyəti ilə müstəqil dövlətimizin möhkəmləndirilməsi işinə töhvəsini verməkdə davam edəcəkdir". 
Sonra Universitetin Tədris şöbəsinin müdiri Aydın Mirzəməmmədov, Mətbuat katibi, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov çıxış etdilər. Valideynlər də çıxış edərək bütün yaradılan şəraitlərdən razılıqlarını ifadə etdilər. Sonda universitetin rektoru tərəfindən yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim olunub.