Abşeron rayonunun Qobu qəsəbəsində daş karxanasında ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, daş karxanasında 1965-ci il təvəllüdlü İsmayılov Yevgeni Ağasəf oğlu iş görərkən qəfil ölüb.

Hadisənin təfərüatları ilə bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.