19 Oktyabr 2019
18 Oktyabr 2019
Neftin qiyməti kəskin bahalaşdı
Neftin qiyməti kəskin bahalaşdı İQTİSADİYYAT 23:58 2019-09-16

Gözlənildiyi kimi neftin qiymətində kəskin bahalaşma var.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, "Brent" markalı neftin bir barreli gün ərzində ümumilikdə 8,38 dollar (13,92%) qalxaraq, 68,60 dollar olub.

Yüngül neftin bir barreli isə 7,61 dollar (13,87%) faiz bahalaşıb və 62,46 dollara təklif edilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus 2 böyük neftayrıma zavoduna dron hücumu nəticəsində böyük yanğınlar başlayıb. Bu hücumdan sonra neftin bahalaşacağı gözlənilirdi.