18 Oktyabr 2019
17 Oktyabr 2019
Lotu Qulidən oğru adını almaq istəyirlər
Lotu Qulidən oğru adını almaq istəyirlər KRİMİNAL 11:22 2019-09-17

MDB məkanındakı “qanuni oğrular” yeni toplantıya hazırlaşırlar.

Uikal.org xəbər verir ki, toplantıda məqsəd Lotu Qulini oğru adından məhrum etməkdir.

Məlumata görə, buna səbəb Lotu Qulinin Arman Djumanqeldiyevlə müttəfiqliyidir. Sonuncu Qazaxıstanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. Bundan başqa, Armanın “qanui oğru” Quram Çixladzeyə əl qaldırması və Qulinin buna göz yummasının da qarşı tərəfə əsas verdiyi edilir.

Məlumatlı mənbənin bildirdiyinə görə, Qulinin titulundan məhrum edilməsinə səbəb kimi başqa bir məqam da var. Yayılan söhbətə görə, guya Quli “qanuni oğru” Vadim İvanenkonun qətlinin sifarişini “Şakro Molodoy”un verildiyini bildirib və bu, öz təsdiqini tapmayıb.

Toplantının nə vaxt keçiriləcəyi isə bilinmir.