18 Oktyabr 2019
17 Oktyabr 2019
Qaradağda maşın piyadanı vurub öldürdü
Qaradağda maşın piyadanı vurub öldürdü HADİSƏ 12:48 2019-09-17

Qaradağda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, 17.09.2019-cu il tarixində saat 03:40 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Ümid qəsəbəsindən keçən hissəsində 1987-ci il təvəllüdlü Abdullayev Ramil Kərəm oğlunun idarə etdiyi 99-DX-331 dövlət qeydiyyat nişanlı "Mercedes Benz E220" markalı hərəkətdə olarkən 30-35 yaşlarında naməlum piyadanı vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən yerində keçinib.