Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiyanın İTOCHU Koorporasiyasının baş əməliyyat direktoru cənab Hisato Okubo ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün əməkdaşlığın əsas hədəf və istiqamətləri müzakirə olunub.