Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir  ki, rayonun Şəkili kəndində idarəetmədən çıxan “VAZ 2106” markalı avtomobil kanala düşüb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən ikisi ölüb, daha 2 nəfər isə ağır xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.