17 Oktyabr 2019
16 Oktyabr 2019
Sumqayıtda 32 yaşlı kişi itkin düşüb - FOTO
Sumqayıtda 32 yaşlı kişi itkin düşüb -FOTO CƏMİYYƏT 20:33 2019-09-17

Sumqayıt şəhərində 32 yaşlı kişi itkin düşüb.

Unikal.org xəbər verir ki, hadisə şəhərin İnsaatçılar qəsəbəsində qeydə alınıb. 

Belə ki, 5 saylı yataqxana, otaq 78 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Vidadi Nəcəf oğlu Cavadov bir neçə gün öncə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib kı, sentyabrın 12-də onunla eyni ünvanda yaşayan 1987-ci il təvəlludlu Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan Rustəm Cavadov yaşadığı ərazidən çıxıb və bir daha geri qayıtmayıb.

Onun boyu, təxminən, 162 sm-dir, arıq bədən quruluşlu, ağbəniz sifətli, gözlərinin rəngi qəhvəyı, saçlarının rəngi qaradır. Evdən çıxarkən əynində göy rəngli şort, boz rəngli qısaqol köynək və ayağında sarı rəngli ayaqqabı olub.

Şəxsi görənlərdən və ya məlumatı olanlardan (018) 655 69 77, (070) 325 70 25, (055) 287 27 25 nomrələrı ilə əlaqə saxlamaları xahiş olunur.


  • Sumqayıtda 32 yaşlı kişi itkin düşüb -FOTO