“Barselona”nın gənc futbolçusu Anssumane Fati klubun tarixinə düşüb.

Unikal.org xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsində hazırda Dortmund “Borussiya”sı ilə keçirilən oyunun start heyətində meydana çıxıb. Bununla da o, Kataloniya klubunun bu turnirdə meydana çıxan ən gənc futbolçusu olub.

Bundan əvvəlki rekord Boyan Krkiçə məxsus idi. O, 17 yaşında “Barsa” ilə ÇL-də debüt etmişdi.

Qeyd edək ki, Fati bu mövsüm La Liqada 3 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.