Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, Rəşad Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə A.Bakıxanov küçəsində hərəkətdə olan zaman işıqforun qırmızı işığında hərəkətini davam etdirən "Jeep" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Toyota"da olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.