Bakının Nəsimi rayonunda 25 yaşlı qızı  10-GN-002 dövlət qeydiyat nişanlı “Volkswagen Passat” markalı avtomobillə vurulub.

Unikal.org-un məlumatına görə, avtomobil sentyabr ayının 10-dan internet saytlarında satışa qoyulub. 

Satış qiyməti 11 min dollara qoyulan avtomobil dünən axşam radələrində qəzaya düşüb. Nəticədə 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib. 

Xatırladaq ki, dünən gecə Bakının Nəsimi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı "10-XE-011" dövlət qeydiyyat nişanlı avtomobillə vurulduğu deyilib. 

Elvin Qasımzadə Unikal.org-a hadisəni özü deyil, başqa bir avtomobil tərəfindən törədildiyini açıqlayıb:

"Hadisə Dədə Qorqun parkının yaxınlığında işıqforda baş verib. Mən avtomobillə hərəkət edərkən işıqforun qırmızı işığı yandı. Bu zaman mən saxlasamda qarşımda olan 10-GN-002 dövlət qeydiyat nişanlı “Volkswagen Passat” markalı avtomobil qızı vurdu. Bundan sonra mən qızı ağır vəziyətdə götürərək xəstəxanaya çatdırmışam. Hadisə ilə bağlı hazırda Nəsimi rayon Dövlət Yol Polisinə dəvət olunmuşam”.