Mədəniyyət naziri Əbülfəs Qarayev Müşfiq Hətəmova yeni vəzifə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, M.Hətəmov nazirin əmri ilə, Mədəniyyət Nazirliyinin Yaradıcılıq və Reyster sektorunun müdiri təyin edilib. O, bu təyinata qədər (2011-ci ildən) C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyib.

Müşfiq Hətəmov xəbəri Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün öncə Mədəniyyət naziri Əbülfəs Qarayev Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Quliyevi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin etmişdi.

Famil Fərhadoğlu