16 Oktyabr 2019
Dəhşətli qəzada ölən Gülgün "Asan viza"nın əməkdaşı olub
Dəhşətli qəzada ölən Gülgün "Asan viza"nın əməkdaşı olub HADİSƏ 12:25 2019-09-18

Sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verən qəza ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Unikal.org-a verilən məlumata görə, Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Bu fakta görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, “azxeber” saytı dünyasını dəyişən Gülgün Əmiraslanlı haqda məlumat yayıb. Bildirilir ki, 25 yaşlı Gülgün Bakı Hava Limanında "Asan Viza"da çalışıb.

O viza mütəxəssisi və nümunəvi işçi olub. Qəzaya da işdən evə dönərkən düşüb. Gülgün subay olub.