Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev özünə iki müşavir təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, V.Vəliyevin əmri ilə, Nigar Sultanova ATU rektorunun Beynəlxalq Əlaqələr üzrə, Malik Mehdiyev isə İqtisadiyyat üzrə müşaviri təyin edilib. 

Rektorun digər əmri ilə, Zəkay Şayev Tədris Hissəsinin müdiri vəzifəsindən azad edilərək, Nəqliyyat fakültəsinə müvəqqəti dekan təyin edilib. Onun yerinə isə dossent İmran Yolçuyev Tədris Hissəsinin müdiri vəzifəsinə təyinat alıb.

Xəbəri Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qəzənfər Bayramov Unikal.org-a təsdiqləyib.

Famil Fərhadoğlu