Bakıda qadını məcburi əməyə sövq etməkdə təqsirləndirilən qardaşlar - Əhməd və Sahib Babayevlərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Unikal.org xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Mirzə Xankişiyevin icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

İttihama görə, Bakı şəhər sakinləri Əhməd və Sahib Babayev qardaşları V.Kuliyevanı məcburi əməyə sövq ediblər. 

Zərərçəkmişin şikayəti əsasında hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 144-2.3-cü (məcburi əmək) maddəsi ilə ittiham irəli sürülüb.