Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

Unikal.org xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan 31 yaşlı pəhləvanın rəqibi rumıniyalı Emiliya Alina Vuç olub. Görüş təcrübəli güləşçinin qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın əvvəllərində Vuça passiv güləşdiyi üçün xəbərdarlıq edilib. Fasiləyə Stadnik 5:0 hesabı ilə öndə çıxıb. O, ikinci hissədə  daha 8 xal alaraq inamlı qələbəyə nail olub - 13:0.

Bununla da Stadnik karyerasında ikinci dəfə dünya çempionu olub.