15 Oktyabr 2019
14 Oktyabr 2019
27 yaşlı oğlan küçədə bıçaqlandı - Bakıda
27 yaşlı oğlan küçədə bıçaqlandı -Bakıda KRİMİNAL 17:48 2019-09-18

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb və o, müvafiq polis şöbəsinə təhvil verilib.

Məlumata görə, xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatı öyrənilir.