15 Oktyabr 2019
"Sevilya"nın baş məşqçisi: "Qarabağ"da güclü futbolçular var"
"Sevilya"nın baş məşqçisi:"Qarabağ"da güclü futbolçular var" İDMAN 18:48 2019-09-18

"Bundan öncə Azərbaycana gələn İspaniya klubları haqqında məlumatımlıyam. "Qarabağ"da güclü futbolçular var. Bu da rəqiblərin qələbə qazanmasını çətinləşdirir. Həmin vaxt digər klubların da işləri çətinə düşmüşdü".

Unikal.org xəbər verir ki, bu fikirləri "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi "Qarabağ"la qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bütün çətinliklərə baxmayaraq, qazanmağa çalışacaqlarını bildirib.

İspaniyalı məşqçi La Liqanın növbəti turunda "Real Madrid"lə qarşılaşacaqlarını, ancaq heyətdə ciddi dəyişiklik etməyəcəklərini sözlərinə əlavə edib: "Bizim üçün sadəcə bir oyun var, o da "Qarabağ". Sabah Avropa Liqasında ilk matçımızı keçirəcəyik. Bütün gözləntilərin qarşılığını verəcəyik. Sabah meydana ən yaxşı heyəti çıxaracağıq. Bütün oyunçularımız hazır vəziyyətdədir. Təbii ki, heyətdə bəzi dəyişikliklər ola bilər. Biz hələ ki yalnız bu oyunu fikirləşirik".