15 Oktyabr 2019
FED dollarla bağlı qərar VERDİ
FED dollarla bağlı qərarVERDİ İQTİSADİYYAT 22:25 2019-09-18

ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb.

Bu barədə Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, sentyabrın 17-18-də keçirilən iclasın nəticəsinə əsasən illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb. 

Qərar analitiklərin əksəriyyətinin proqnozlarıyla üst-üstə düşüb. Belə ki, FED bir qədər əvvəl də uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib. 

Faiz azalması ABŞ prezidenti Donald Trampın uçot dərəcəsinin yüksək olması ilə bağlı tənqidləri fonunda baş verib. C.Pauel isə FED-in qərarlarının siyasi xarakter daşımadığını bildirib.