16 Oktyabr 2019
Metroda polis güllələndi - Rusiyada
Metroda polis güllələndi -Rusiyada DÜNYA 00:03 2019-09-19

Rusiyanın paytaxtı Moskvada əməliyyat zamanı bir polis nəfəri güllələnib, digəri isə ağır yaralanıb.

Unikal.org xəbər verir ki, hadisə “Ryazan prospekti” metrostansiyasında baş verib.

Rüşvət almaqda şübhəli bilinən şəxs saxlanılan zaman hüquq-mühafizə orqanı əməkdaşlarına odlu silahdan atəş açıb.

Yaralı polis xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.