16 Oktyabr 2019
7 gün əvvəl istifadəyə verilən eskalatorda PROBLEM - Sərnişinlər təlaşa düşdü (VİDEO)
7 gün əvvəl istifadəyə verilən eskalatorda PROBLEM -Sərnişinlər təlaşa düşdü (VİDEO) HADİSƏ 10:11 2019-09-19

Bu gün Bakı metrosundakı eskalatorda  nasazlıq yaşanıb. 

Unikal.org xəbər verir ki, yeni təmir olunan Xətai stansiyasında hərəkətdə olan eskalator anidən dayanıb. Hələlik səbəbi müəyyən olunmayan hadisə zamanı eskalatorda olan sərnişinlər arasında ciddi təlaş yaranıb. Sərnişinlər pilləkənləri piyada qalxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası 12 sentyabrda təmirdən sonra istifadəyə verilib.

Famil Fərhadoğlu