Türkiyənin kürdlər yaşayan Hakkari şəhərindəki Dövlət Xəstəxanasında işləyən plastik cərrah, Azərbaycan vətəndaşı Elnarə Məmmədova xəstələrindən “bıçaq pulu” adı ilə rüşvət aldığı üçün həbs edilib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, plastik cərrahiyə mütəxəssisi, tibb elmləri namizədi, 38 yaşlı Elnarə Məmmədova Hakkari Dövlət Xəstəxanasında 2017-ci ildən bəri işləyirdi. İddialara görə o, müalicə üçün yanına gələn azı 8 xəstədən müxtəlif məbləğlərdə “bıçaq pulu” istəyib. Xəstə yaxınlarının bu barədə polisə şikayətindən sonra cərrahın barəsində təhqiqat başlayıb.

 Hakkari Polis Müdirliyinin əməliyyatçıları 3 ay davam edən texniki və fiziki təqibdən sonra Məmmədovanı xəstə yaxınlarından seriya nömrələri əvvəlcədən müəyyən edilmiş 1500 TL-ni alarkən cinayət başında yaxalanıb. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.