18 Oktyabr 2019
17 Oktyabr 2019
"İsmayıllıda festivalda kütləvi zəhərlənmə olmayıb" - Nazirlik
"İsmayıllıda festivalda kütləvi zəhərlənmə olmayıb"- Nazirlik CƏMİYYƏT 14:32 2019-09-19

İsmayıllı rayonunda keçirilmiş "Kartof festivalı"nda 7 nəfərin qidadan zəhərlənməsi barədə məlumat əsassızdır.

Unikal.org xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

Onun sözlərinə görə, İsmayıllı rayon xəstəxanasına müraciət edənlərin səhhətində yaranmış problemlərin günvurmadan qaynaqlandığını bildiriblər: “Xəstəxanaya müraciət edənlər hamısı bir şirkətin işçiləridir. Onlar sahədə işləyən zaman günvurmaya məruz qalıblar. Festival dünən keçirilib, orada yüzlərlə insan iştirak edib. Xəstəxanaya müraciət isə bu gün, festivaldan 24 saat sonra olub. Əgər qida zəhərlənməsi olsaydı, eyni simptomlar digər iştirakçılarda da müşahidə olunardı”.