16 Oktyabr 2019
“Bakı Metropoliteni” maşinistlər üçün kondisioner quraşdıracaq
“Bakı Metropoliteni” maşinistlər üçün kondisioner quraşdıracaq CƏMİYYƏT 16:51 2019-09-19

“Bakı Metropoliteni” QSC qatarları idarə edən maşınistlər üçün kondisioner quraşdırılması nəzərdə tutulur. Artıq kondisionerin alınması üçün QSC tərəfindən tender keçirilib.

Tender Komissiyasından  Unikal.org-a verilən məlumata görə, “Bakı Metropoliteni” QSC tərəfindən Metro vaqonlarının maşinist kabinəsi üçün kondisionerin və müxtəlif növ kondisioner süzgəclərinin satın alınmasına dair 18.09.2019-cu il tarixində keçirilən açıq tenderdə, verilən tender təklifləri formal tələblərə cavab vermədiyindən tender baş tutmamış hesab olunmuş və davamından imtina edilib.