16 Oktyabr 2019
Bakıda ağac maşının üzərinə düşdü
Bakıda ağac maşının üzərinə düşdü HADİSƏ 17:04 2019-09-19

Bakıda güclü külək nəticəsində ağac avtomobilin üzərinə düşüb.

Unikal.org-un xəbərinə görə, hadisə “Nizami” metrosunun yaxınlığında baş verib.

Belə ki, külək nəticəsində ağac parklanmada olan “Hyundai Sonata” markalı 10 CH 244 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Araşdırma aparılır.