Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı "Atəşgah" sığortanın əməkdaşlarından biri ölüb, biri isə yaralıdır.

Unikal.org “Report”a istinadən xəbər verir ki, sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb.

O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Şirkətin avtomobildə olan digər əməkdaşı K.Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib. Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə  "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.