16 Oktyabr 2019
Fuad Qəhrəmanlı və Zümrüd Yağmurdan AÇIQLAMA (YENİ-2)
Fuad Qəhrəmanlı və Zümrüd YağmurdanAÇIQLAMA (YENİ-2) HADİSƏ 17:53 2019-09-19

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun onun haqqında yaydığı sensasion bəyanata cavab verib.

Unikal.org xəbər verir ki, F. Qəhrəmanlı sosial şəbəkədə bildirib ki, qızının profili oğurlanıb: “Bildirirəm ki, onun adından nə yazılsa, ona aid deyil”.

“Qafqazinfo”ya açıqlama verən F. Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur məsələ barədə açıqlama verməyəcəyini bildirib:

“Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”.

***

17:53

Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

Xatırladaq ki, Selcan Yağmur adlı sosial şəbəkə hesabında yayılan bəyanatda Fuad Qəhrəmanlının ailədə şiddət göstərdiyi, həyat yoldaşının barmaqlarını, qızının isə dizini sındırdığı qeyd edilib.