“Üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində şəxsi heyətin hazırlığı, xidmət intizamı həlledici rol oynayır.”

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi polis mayoru, Elşad Hacıyev Unikal.org-a açıqlama verib.

O, bildirib ki,ictimai qaydanın, cinayətkarlıqla qətiyyətli mübarizədə insan hüquq və azadlıqlarının qorunması, vətəndaş məmnunluğunun təmin olunması polisin fəaliyyətində başlıca prinsiplərdəndir. E.Hacıyev qeyd edib ki, bu istiqamətdə şəxsi heyətin müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, icra intizamının yüksəldilməsi, bilik və bacarıqlarının təkminləşdirilməsi məqsədilə metodiki təlimlər keçirilməsi, xidmətin nümunəvi aparılması diqqət mərkəzindədir: “Polisin hər gün təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli olması, qanunvericiliyin tələblərinə uyğun kompleks tədbirlər tərəfimizdən davam etdirilir”.