Türkiyənin Van Arıçılar Birliyinin (VAB) rəhbər və üzvləri məhsuldar arı mövsümünə təşəkkür üçün şükür duasına çıxıb, arıların hücumuna məruz qalıb.

Unikal.org xəbər verir ki, Van Arıçılar Birliyi, əvvəlki ildə məhsuldar bir mövsüm üçün toplantı keçirib.

Toplantı Vanın Bahçesaray mahalında keçirilib. Qərar verilib ki, ötən mövsüm məhsuldar il olub və buna görə, arıların məskənində Allaha "Şükür duası" oxunsun. Buna görə, arıçılar sözügedən əraziyə gedib. 

Şükür duasına Bahçesaray Baş məmuru Məhəmməd Öztabak, Bölgə Müftisi Mustafa Kaya, Bölgə Təhlükəsizlik Müdiri Ahmet Hakan Yıldız, Arıçılar Dərnəyi Başçısı Xəlil Tandoğan və digər rəsmi şəxslər qatılıblar.

Əvvəlcə "şükür duasını" oxuyan müfti arı paltarı geyinmədiyinə görə, arıların hücumuna məruz qalıb. Bundan sonra tədbirdə iştirak edən bütün qonaqlara arılar hücum edib. Onlar ərazini qaçaraq tərk ediblər.