Lənkəran şəhərində ruhi-əsəb xəstəsi olan 47 yaşlı kişi itkin düşüb.

Unikal.org-un xəbərinə görə, hadisə şəhərin Ş.Xiyabani küçəsində baş verib.

Belə ki, Günay Həbibova Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidməti Zəng Mərkəzi”nə müraciət edərək, 20 Yanvar əlili və ruhi-əsəb xəstəsi olan, 1972-ci il təvəllüdlü həyat yoldaşı Anar Həbibovun sentyabrın 6-da itkin düşdüyünü bildirib.

O qeyd edib ki, həyat yoldaşı A.Həbibov həmin tarixdə yaşadığı Ş.Xiyabani küçəsindəki evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.