20 Noyabr 2019
19 Noyabr 2019
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb- FOTO CƏMİYYƏT 17:11 2019-09-20

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Unikal.org xəbər verir ki, ADU-nun rektoru Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qarışılıqlı əlaqələrin yaradılması üçün göstərilən təşəbbüsü yüksək qiymətləndirib.

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev səmimi qəbula görə təşəkkürünü bildirib. N.Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib.

Görüşdə gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadilələri aparılıb.


  • ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb- FOTO
  • ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb- FOTO
  • ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb- FOTO