Avropa Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Unikal.org xəbər verir ki, bu mükafata “Lüdoqorets”in hücumçusu Klaudiu Keseru layiq görülüb. 

Bolqarıstan çempionunun futbolçusu ilk turda het-trik müəllifi olub. O, Rusiya MOİK-i üzərində 5:1 hesablı qələbəyə üç qolla töhfə verib.