AXCP sədrinin müavinli Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

Unikal.org xəbər verir ki, o  o, bu barədə özünün "Facebook" səhifəsində yazıb:

“Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailə daxil münaqişə yaşamışam Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.

Bütün bunlara rəğmən  AXCP sədrinin müavini postundan istefa verirəm".