16 Oktyabr 2019
Kreditə görə ailə üzvlərini öldürdü
Kreditə görə ailə üzvlərini öldürdü DÜNYA 22:51 2019-09-20

Türkiyədə baş verən qətl hadisəsi ölkədə gündəm olub.

Unikal.org xəbər verir ki, İstanbulda Arnavuytköydə yaşayan Veysel Aydın gecə saatlarında anası, ögey atası, 13 yaşlı bacısı və 26 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirib.

Dəhşətli hadisə qonşuların şübhələnməsi ilə ortaya çıxıb. Evə gələn polis biri uşaq olmaqla 4 nəfərin cəsədi ilə qarşılaşıb.

Cinayətkar Kocaelinə qaçsa da, polis tərəfindən yaxalanıb. Aydın ilkin istintaqda ailəsi ilə arasında kredit mövzusunda münaqişə yaşandığını və onları bu səbəblə öldürdüyünü etiraf edib.