16 Oktyabr 2019
Bakı sakini “KaMAZ”ın altında qalaraq öldü - FOTO
Bakı sakini “KaMAZ”ın altında qalaraq öldü -FOTO HADİSƏ 23:14 2019-09-20

Nərimanov rayonunda ölümlə nəticələnən qəza baş verib.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Yelsevic Yuri Aleksandroviç qəfildən prospekt ərazisinə çıxıb. “KaMAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınsa da, Y.Yelsevic yük avtomobilinin arxa təkərlərinin altına düşüb. Nəqliyyat vasitəsi onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən edilib ki, ölən şəxs sərxoş vəziyyətdə olub.

Avtotexniki ekspertiza təyin edilib.


  • Bakı sakini “KaMAZ”ın altında qalaraq öldü -FOTO
  • Bakı sakini “KaMAZ”ın altında qalaraq öldü -FOTO