Dağıstanda yerləşən həbsxanada məhbuslar qiyam edib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Federal Cəzaçəkmə Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qiyam edən məhbuslar həbsxanada cinayətkar aləmin qruplaşmasını yaratmaq və digər məhkumları da həmin qruplaşmaya cəlb etmək istəyiblər.