15 Oktyabr 2019
14 Oktyabr 2019
Azərbaycanda güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ!
Azərbaycanda güclü küləklə bağlı əhaliyəXƏBƏRDARLIQ! CƏMİYYƏT 09:18 2019-09-21

Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib.

Unikal.org xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq:

"Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları küləkli havada nəzarətsiz həyətə buraxmasınlar. Bir daha əhalini ehtiyyatlı olmağa çağırırıq".