16 Oktyabr 2019
Gəncədə atanı döyüb, köməyə gələn 2 oğlunu bıçaqladılar
Gəncədə atanı döyüb, köməyə gələn 2 oğlunu bıçaqladılar KRİMİNAL 09:55 2019-09-21

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, 1960-cı il təvəllüdlü Cəfərov Məhərrəm ″DOS-84″ adlanan yaşayış ərazisində, bina 4 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Bu zaman atalarına köməyə gələn 1985-ci il təvəllüdlü Rövşən Cəfərov və 1984-cü il təvəllüdlü Röyal Cəfərov qarın və ayaq nahiyələrindən bıçaqlanıb.

Report-un xəbərinə görə, yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına və Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi araşdırılır.