17 Oktyabr 2019
16 Oktyabr 2019
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı SİYASƏT 13:14 2019-09-21

Parlamentin eks-spikeri Rəsul Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini keçmiş müavini Fuad Qəhrəmanlı ilə bağlı qalmaqaldan sonra istefa verməyə çağırıb.

Unikal.org xəbər verir ki, Rəsul Quliyev bu barədə sosial şəbəkədə qeyd edib: "Bir neçə gün əvvəl Fuad Qəhrəmanlının qızı atasının sadist meylləri haqda danışıb və onun dizini qırdığını, anasının isə barmaqlarını sındırdığını söyləyib. Qız onu da bildirib ki, AXCP lider Əli Kərimli onların ailəsindəki zorakılıq haqda bilib, amma onun anasını dözməyə və boşanmaq üçün ərizə verməməyə razı salıb".

R.Quliyev bildirib ki, “əgər bu həqiqətdirsə və o elə bir tövsiyə veribsə, birinci növbədə o özü istefa verməlidir!”.

Ziqmund Freyd və Qustav Junqun psixoanalizlə əlaqədar təlimlərinə toxunan Rəsul Quliyev ehtimal edir ki, qızını və arvadını döyən Fuad Qəhrəmanlının özü də uşaqlıqda zorakılığa məruz qalıb.

Sabiq spiker açıqlamasında daha bir məqamı vurğulayıb: “Mənə qəribə görsənən kifayət qədər intellektual, sivil düşüncə tərzinə malik olan onun həyat yoldaşının belə alçaldıcı hərəkətlərlə razılaşması və bu günədək dözməsidir”.