Sentyabrın 22-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

ETSN-dən Unikal.org-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı  ehtimalı var.

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 13-16 dərəcə isti, gündüz 18-21 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 761  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında simşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.

Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.