Bakıda metroda bu gün saat 14:30 radlərində "Dərnəgül"dən "Həzi Aslanov" stansiyasına hərəkət edən qatarda tüstülənmə baş verib. 

Unikal.org-un hadisə yerinə olan əməkdaşının verdiyi məlumata görə, tüstülənmənin artdığını görən maşinist qatarı təcili olaraq "Gənclik" stansiyasında saxlayıb və sərnişinlər vaqonlardan düşürülüb. Qatar "Bakmil" stansiyasına (depoya) aparılıb. 

Hadisəyə görə, qatarda olan sərnişinlər arasında təşviş yaranıb və bir neçə nəfər tüstüün qoxusundan özünü pis hiss edib.

***

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında qatarda baş verən tüstülənmənin səbəbini izah edib:

“Qatarda tüstü bürüməsi həmin qatardan əvvəl xətdə buraxılan sınaq qatarı olub. Sərnişinsiz hərələt edən qatrarın təkərlərinin detallarından biri sıxılıb və bu səbəbdən tuneli tüstü bürüyüb. Bu da öz növbəsində ondan sonra gələn qatarda tüstü iyinin hiss olunması olub. Sərnişinlər metronun “Gənclik” stansiyasında qatardan boşaldılıb. Hadisə nəticəsində xanım sərnişinlərdən biri həyəcanlanıb. O, təcili yardım köməyindən imtina edib”.

Famil Fərhadoğlu