16 Oktyabr 2019
Bakıda dənizdə dalğanın hündürlüyü 4 metrə yüksəldi - Nefçilər təxliyə edildi
Bakıda dənizdə dalğanın hündürlüyü 4 metrə yüksəldi -Nefçilər təxliyə edildi HADİSƏ 15:43 2019-09-21

Hazırda Azərbaycanda küləyin sürəti getdikcə sürətlənir. 

Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 15.00-a olan məlumatına görə, Şimal- qərb küləyi arabir Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s,  Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

SOCAR-dan bildirilib ki, sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsilə 500-dən çox neftçi sahilə çıxarılıb.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir.