Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda qeyd edilən “Avropa irs günləri” çərçivəsində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Unikal.org azertac-a istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən və Gürcüstanla sərhəd boyunca 25 kilometrədək uzanan mağaralar kompleksinin yerləşdiyi əraziyə gəliblər.

Tədbir iştirakçıları qoruğun ərazisində strateji cəhətdən ən hündür yüksəkliklərdən biri olan, dövlətimizin başçısının şərəfinə adlandırılan “İlham Əliyev zirvəsi”nə yürüş ediblər.