Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a bildirilib ki, şimal-qərb küləyi Bakıda arabir 40m/s, Maştağada və Nefçalada 38 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Pirallahıda və Ələtdə 28 m/s, Çilovda, Bərdədə və Tərtərdə 27 m/s, Salyanda, Neft Daşlarında, Balakəndə 25 m/s, Gəncədə 24 m/s, Binədə 23 m/s, Ağdamda 22 m/s, Bayıl yamacında, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Mingəçevirdə, Ağstafada 20 m/s, Yevlaxda, Ceyrançöldə, Şəkidə 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6,3 metrə çatıb.

Quba, Qusar, Qırız, Şahdağ, Lənkəran, Lerik, Xınalıq, Astara və Yardımlıda yağış yağıb.

***18:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 18:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. 

ETSN-in Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a bildirilib ki, şimal- qərb küləyi arabir Bakıda, Maştağada 38 m/s, Nefçalada 36 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 27 m/s, Salyanda, Bayıl yamacında, Balakəndə 25 m/s, Neft Daşlarında 24 m/s, Ağstafada, Çilovda, Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatıb.

Quba, Qusar, Yardımlıda yağış yağıb. Güclü külək bəzi şəhər ətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb. Həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyyə edirik.

***17:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

ETSN-dən Unikal.org-a bildirilib ki, saat 15:00-a olan məlumatına görə şimal küləyi güclənib.

Şimal- qərb küləyi arabir Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s,  Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.