16 Oktyabr 2019
Azərbaycanda DƏHŞƏT: Sürücü maşının içində diri-diri yandı
Azərbaycanda DƏHŞƏT:Sürücü maşının içində diri-diri yandı HADİSƏ 17:24 2019-09-21

Ağcabədi rayonunda sürücünün yanaraq ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Boyat kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ 2199" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb və nəticədə avtomobil yanıb. 

Hadisə nəticəsində xəsarət alan sürücü avtomobili tərk edə bilmədiyindən yanaraq ölüb.